Heyvanların müqəvvasını hazırlayan Vacib İmanov ömrünün yarısından çoxunu bu işə həsr edib.
1970-c ildə Leninqrada gedən Vacib müəllim orada SSRİ mütəxəssisi Zaslavkidən bu peşənin incəliklərini öyrənməyə başlayır. Daha sonra bu işi inkişaf etdirmək üçün Bakıya qayıdır və Azərbaycan EA Zoologiya Muzeyində işə başlayır. Hazırda 40 ildir ki, burada çalışır. Bu müddət ərzində müxtəlif yırtıcı heyvanların müqəvvasını hazırlaya bilib. Bunların arasında fil, qaban, dağ keçisi, akula, zürafə və s. görmək mümkündür. Onu da qeyd edək ki, Azərbaycanda heyvanların müqəvvasını hazır cəmi iki nəfərdir ki, onun da biri Vacib İmanovdur.