”Heykəldən üzr istəyin, buraxaq sizi”

Eks prezident Heydər Əliyevin büstünün üzərinə “Qul bayramınız mübarək” yazdığı ehtimal edilən gənclər bu gün məhkəmə qarşısına çıxarılıb. Xətai Rayon Məhkəməsində proses qapalı keçirilib. Bayram Məmmədov və Qiyas İbrahimova qarşı əvvəlcədən əlbir olan bir qrup şəxsin satış məqsədilə külli miqdarda narkotik vasitəni saxlama və gəzdirmə maddəsi ilə cinayət işi açılıb. Bayramın yaxınları onun siqaret belə çəkmədiyini deyirlər:

“Narkotiki boyunlarına qoydular. Özbaşına, zorla evə soxuldular. Ev nümayəndələrindən heç kim orada iştirak etmədi. Özləri də basdılar içəriyə. Uşağın ümumiyyətlə narkotikdən xəbəri yoxdur.”

Bayram Məmmədovun və Qiyas İbrahimovun barəsində 4 ay həbs- qətimkan tədbiri seçilib. Vəkil Elçin Sadıqov bildirib ki, Bayram Məmmədov məhkəmədəki ifadəsində onlara qoyulan narkotika ittihamının heykəl məsələsi ilə bağlı olduğunu deyib.

Vəkil bildirib ki, Qiyas İbrahimov istintaq zamanı işgəncə ilə alınan ifadədən imtina edib. Həmçinin “Qul bayramınız mübarək” yazan gənclərə şərt də qoyulub:

“Məhkəmədə bildirdilər ki, hər ikisindən heykəl qarşısında üzr istəməyi tələb ediblər. Deyiblə ki, “Aztv” gəlib çəkiliş aparsın, buraxaq sizi.”

Kanalımıza abunə yazıl:

https://goo.gl/TcM9Fm

Ana səhifəVideo”Heykəldən üzr istəyin, buraxaq sizi”