“YAŞAT” və Qarabağ Dirçəliş Fondu da eyni statusu alıb
Dövlət başçısının 23 may tarixli fərmanı ilə “İctimai və sosial məqsədlərlə təsis edilmiş fondların siyahısı” təsdiq edilib.
Siyahıya Heydər Əliyev Fondu, Qarabağ Dirçəliş Fondu və Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) daxil edilib.
Fərmana əsasən, Heydər Əliyev Fondu və digər iki fondun dövlət qurumu statusu təsdiq edilib.
Heydər Əliyev Fondu 2003-cü ildə təsis edilib.
Fond Azərbaycanda və xaricdə sosial, humanitar, mədəniyyət sahələrində layihələr, xeyriyyə fəaliyyəti həyata keçirib.
Amma fondun gəlirlərinin formalaşmasının mənbələri geniş ictimaiyyətə açıqlanmır.