Həsən Hüseynlinin işində maddi sübut yoxdur

Gəncədəki QHT rəhbərinə qarşı açılan cinayət işi ilə bağlı istintaq hərəkətləri də aparılmır.

Source:


Gəncədəki QHT rəhbərinə qarşı açılan cinayət işi ilə bağlı istintaq hərəkətləri də aparılmır.


Gəncə şəhər polis şöbəsi “Kamil Vətəndaş” təşkilatının rəhbəri


Həsən Hüseynli haqqında həbs qəti-imkan tədbiri seçməkdən imtina edib. Amma Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə istintaq davam etdirilir. Bu barədə Meydan TV-yə Həsən Hüseynlinin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, istintaq aparılsa da, istintaq hərəkətləri haqqında məlumat yoxdur. Çox güman ki, istintaq yekunlaşan kimi iş məhkəməyə göndəriləcək. E.Sadıqov cinayət işinin saxta və qurama olduğunu hesab edir:

“Çünki “xəsarət” almış adam öyrədilib və ortalıqda maddi sübut yoxdur. Söhbət Arzu Qəhrəmanova “vurulan” bıçaqdan gedir. Bir sözlə, cinayət hadisəsi baş verməyib”.

Ana səhifəXəbərlərHəsən Hüseynlinin işində maddi sübut yoxdur