Adam bıcaqlamaqda ittiham olunan Gəncənin tanınmış ziyalısı Həsən Hüseynlinin məhkəmə öncəsi Meydan TV-yə verdiyi müsahibəsi
İyulun 11-də Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” İB-nin rəhbəri Həsən Hüseynlinin məhkəməsi keçirilib. Məhkəmədə vəkillər çıxış edərək istintaq və məhkəmə araşdırmaları zamanı yol verilən kobud pozuntuları qeyd ediblər. Hakimdən bəraət hökmü verilməsi xahiş olunub. Həsən Hüseynli son sözünü demək üçün hakim Ayaz Mahmudovdan ona bir həftə vaxt verilməsini istəyib. Lakin hakim Həsən Hüseynliyə günün ikinci yarısı, saat 16-ya kimi hazırlaşmağa vaxt verib.
Dövlət ittihamçısı Həsən Hüseynliyə 7 il həbs cəzası istəyib.
Son məlumata görə, məhkəmə iyulun 14-ü saat 10-a qədər təxirə salınıb.
Həsən Hüseynli son söz üçün bir həftə vaxt istəmişdi, amma hakim Ayaz Mahmudov 2 saat vaxt ayırsa da, son anda qərarı dəyişib.