Həsən Hüseynli azadlığa buraxıldı

QHT rəhbəri məhkəməyə gətirilməyib

Martın 31-də Gəncə şəhərində həbs olunan “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli aprelin 2-də azad olunub. Bu barədə Meydan TV-nin Gəncədə olan əməkdaşı Təhminə Tağızadə məlumat verib. Onun sözlərinə görə, məhkəmə təxirə salınıb və Həsən Hüseynli prosesə gətirilməyib. Baxmayaraq ki, sanksiyalaşdırılmış işdə qərar qəbul olunmalıydı.

Source:

Hadisə baş verəndən bir gün sonra DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov isə Həsən Hüseynlinin öz həmyerlisi Arzu Qəhrəmanova bıcaqla xəsarət yetirdiyinə görə saxlanıldığını bildirmişdi.

Xatırladaq ki, qanunvericiliyə əsasən polis şübhəli şəxsi 48 saatdan artıq saxlaya bilməz, buna görə məhkəmə qərar vermədən yerli polis şöbəsi onu azad edib.

Ana səhifəXəbərlərHəsən Hüseynli azadlığa buraxıldı