Hərracda 1 dollar 1,7025 manat oldu

”Dollar ucuzlaşdı deyib, vətəndaşı çaşdırmaq, panikaya salmaq doğru deyil”

Source:


”Dollar ucuzlaşdı deyib, vətəndaşı çaşdırmaq, panikaya salmaq doğru deyil”

Martın 18-də Mərkəzi Bankda (AMB) Dövlət Neft Fondunun da iştirak ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda manatın orta çəkili məzənnəsi 1,7025 səviyyəsində formalaşıb.

REAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli bir çox saytların hərrac barədə məlumatları “Dollar ucuzlaşdı”, – başlığıyla verməsini doğru hesab etmir.

Deyir, saytların “Dollar ucuzlaşdı”, “Dollar yenə düşdü”, “Dolların ucuzlaşması davam edir”, – başlıqları insanların alqısı ilə manipulyasiya etməsidir:

“Anlayıram, əmr böyük yerdəndir, vətəndaşı çaşdırmaq, panikaya salmaq üçün belə informasiya yayırlar. Ancaq bu cür yanaşma ayıbdır. Milləti belə avam hesab etməyin”.

Natiq Cəfərli deyir ki, ötən il də buna oxşar hadisə baş verdi. Eyni alqı əməliyyatı etdilər, may ayında məzənnəni 1.4900 qədər saldılar: “Bəzi vətəndaşlar panikaya düşüb, 250 mln. dollar satdılar, sonra dolların məzənnəsi kəskin artdı. 1,9200 manata qədər dollar bahalaşdı. Elə bilirlər camaat belə əməliyyatları unudub, çörəyi də qulağına yeyir”, – deyə Natiq Cəfərli fikrini yekunlaşdırıb.

Son hərraclarda manat, az da olsa, dollara nisbətən möhkəmlənir.

Ekspertlər bunun müvəqqəti xarakter daşıdığını deyirlər.

Yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Prosesin dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunduğu qeyd edilir.

Ana səhifəXəbərlərHərracda 1 dollar 1,7025 manat oldu