“Hər dəfə ortalama 31 milyon dollar satılıb”
2017-ci ilin yanvarında Dövlət Neft Fondu (DNF) valyuta hərraclarında 285 milyon ABŞ dollar satıb. Məlumatı DNF yayıb.
Bildirilir ki, yanvarda 9 valyuta hərracı olub. Hər bir hərracda ortalama 31 milyon dollar satılıb:
“2016-cı ildə keçirilən hərraclarda bu rəqəm 600 milyon dolları belə keçirdi”.
Sonuncu valyuta hərracı yanvarın 31-də keçirilib. Hərracda manatın orta çəkili məzənnəsi 1.92 olub.
Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. O vaxtdan fonda 120 milyard dollardan çox vəsait daxil olub. Fondda 2016-cı ilin sonunda 35.8 milyard dollar ehtiyatın qaldığı açıqlanmışdı.