İki hərbçi yüngül xəsarət alıb
Yanvarın 5-də Müdafiə Nazirliyinin hərbi maşınının qəzaya uğradığı haqda məlumat yayılıb. Hadisənin saat 17 radələrində sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi deyilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qəza zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Ceyhun Abdullayevin və əsgər Süleyman Həsənzadənin yüngül xəsarət aldığını bildirib:
“Hər iki hərbi qulluqçunun həyatları üçün heç bir təhlükə yoxdur”.