Həmmərüzəçiləri İntiqam Əliyevin barəsində çıxarılan hökmü pisləyiblər

“Bu mühakimə onun Azərbaycanda hüquq-müdafiə fəaliyyəti ilə bağlıdır”

Source:


“Bu mühakimə onun Azərbaycanda hüquq-müdafiə fəaliyyəti ilə bağlıdır”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Tadeuş İvinski (Polşa) hüquq müdafiəçisi İntiqam Əliyevin barəsində çıxarılan hökmdən dərin məyus olduqlarını bildiriblər.

“Avropa Şurasının çoxdankı tərəfdaşı olan İntiqam Əliyev Avropa İnsan Hüquqları Məhkəməsində baxılan bir çox işlər üzrə hüquqi müşavir kimi çıxış edib.

Məhkəməyə qədərki saxlanma, həbs və İ.Əliyevin mühakimə olunması onun Azərbaycanda hüquq-müdafiə fəaliyyəti ilə bağlıdır və bu işi mümkünsüz etmək cəhdlərinin bir hissəsidir”, – bəyanatda deyilir.

Həmmərüzəçilər belə ağır hökmün çıxarılması ilə bağlı açıqlama verilməsinə çağırıblar.

İntiqam Əliyev aprelin 22-də 7,5 il müddətinə azadlıqdan məhrum edilib. O, iqtisadi cinayətlər törətməkdə ittiham olunur.

Ana səhifəXəbərlərHəmmərüzəçiləri İntiqam Əliyevin barəsində çıxarılan hökmü pisləyiblər