Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində HƏMAS-ın saxladığı 20 israilli girov azad edilib.
Bildirilir ki, azadlığa buraxılan şəxslər hazırda İsraildədirlər.
HƏMAS yaydığı bəyanatda bildirib ki, İsrail hərbi güc vasitəsilə girovları azad edə bilməyib.
Təşkilat İsrailin bu məqsədə yalnız məhbus mübadiləsi yolu ilə çata biləcəyini bildirib.
HƏMAS və İsrail arasındakı razılaşmaya görə, İsrail 250-i ömürlük həbs cəzası almış şəxs olmaqla, ümumilikdə 1968 fələstinli məhbusu azad etməlidir.
Lakin İsrail Nobel mükafatı laureatı olan fələstinli həkim Hüsam Əbu Safiyanı atəşkəs razılaşmasına baxmayaraq azad etməyəcəyini bildirib.
Vəkili 2025-ci ilin dekabrından həbsdə saxlanılan Əbu Safiyanın səhhətininin kritik halda olduğunu və 40 kq çəki itirdiyini deyir.
“Amnesty İnternational” təşkilatı Nobel laureatı olan həkimin saxlanılma şəraitinin pis olduğunu, işgəncələrə məruz qaldığını bildirir.
Bundan öncə də HƏMAS və İsrail arasında girov mübadiləsi baş tutub.
Həm HƏMAS-ın, həm də İsrailin sərbəst buraxdığı şəxslərlə bağlı görüntülər, onların saxlanılma şəraiti barədə təsəvvür yaradırdı.