Helsinki Komissiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

“1997-ci ildən bəri Dağlıq Qarabağ münaqişəsini bilməyən ABŞ prezidenti yoxdur”

Source:
Qarabağ, 6 Aprel 2016, Xankəndi
Qarabağ, 6 Aprel 2016, Xankəndi


“1997-ci ildən bəri Dağlıq Qarabağ münaqişəsini bilməyən ABŞ prezidenti yoxdur”

ABŞ Konqressinin Helsinki Komissiyası “Dağlıq Qarabağda Müharibənin Qarşısını Almaq” mövzusunda brifinq təşkil edib.

Amerikanın Səsi radiosunun məlumatına görə birfinqdə Azərbaycan-Ermənistan sülh danışıqları müzakirə olunub.

Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə komissiyanın qlobal təhlükəsizlik üzrə eksperti Aleks Tierskinin vasitəçilik etdiyi diskussiyada ATƏT Minsk Qrupunun sabiq iki amerikalı həmsədri səfir Keri Kavano və Ceyms Uorlik, Beynəlxalq Böhran Qrupunun Avropa və Orta Asiya Proqramının Direktoru Maqdalena Qrono çıxış ediblər.

K.Kavano deyib ki, 1997-ci ildən bəri elə bir ABŞ prezidenti yoxdur ki, Dağlıq Qarabağ münaqişəsi haqda bilməsin və Vaşinqton konfliktə kifayət qədər diqqət yetirir.

Onun sözlərinə görə, ABŞ da daxil olmaqla Qərb dövlətləri münaqişənin tez bir zamanda bütövlüklə həll olunmasını arzulayır və bu yönümdə fəaliyyət göstərirlər. Lakin vasitəçi mövqeyindən çıxış edərək onların əldə edə biləcəkləri tərəflərin iradə nümayiş etdirməsindən asılıdır.

K.Kavano bildirib ki, ABŞ-la Rusiya arasında başqa sahələrdə ziddiyətlər olsa da Dağlıq Qarabağ münaqişəsinin həllində iki ölkə arasında kifayət qədər effektiv əməkdaşlıq var.

C.Uorlik öz növbəsində deyib ki, atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, ölüm halları və yaralanmalar davam edir.

“Hər iki tərəfdə inkişaf etmiş silahların olduğunu nəzərə alaraq insan itkisi təhlükəsinin hazırda qat-qat böyükdür”.

O, aprel döyüşlərindən sonra vasitəçi səylərinin daha da intensivləşdiyini və bu period ərzində bir sıra əlavə təkliflərin irəli sürüldüyünü söylədi.

Uorlik qeyd etdi ki, istənilən sülh müqaviləsi altı başlıca elementə əsaslanmalıdır ki, bunların sırasında sülh üçün siyasi iradə, Dağlıq Qarabağ erməniləri üçün təhlükəsizlik və özünüidarəçilik çərçivəsi, işğal edilmiş digər Azərbaycan rayonlarının geri qaytarılması, Ermənistanla Dağlıq Qarabağ arasında bütövlükdə Laçın rayonu olmadan hansısa dəhlizin mövcudluğu, qaçqınların evlərinə dönməsi və beynəlxalq sülhməramlı qüvvələrin mümkün iştirakı ilə təhlükəsizlik qarantiyaları yer alır.

Ana səhifəXəbərlərHelsinki Komissiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib