Tədbirdə dövlət katibinin müavinlərinin köməkçiləri Tomas Melia və Erik Rubin məruzə ilə çıxış edəcəklər
İyunun 11-də Bakı vaxtı ilə saat 19-da (Vaşinqton vaxtı ilə səhər 10) ABŞ Dövlət Departamentində Azərbaycandakı vəziyyətlə bağlı dinləmələr başlayacaq.
Dinləmələr demokratiyanın vəziyyətinin kəskin şəkildə pisləşməsinə və ölkə vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasına həsr olunacaq.
Dövlət katibinin müavinlərinin köməkçiləri Tomas Melia və Erik Rubin məruzə ilə çıxış edəcəklər.
Dinləmələr həmçinin ABŞ Helsinki Komissiyasının nümayəndə heyətinin iyunun sonlarında ATƏT PA-nın Bakıda keçiriləcək iclasında iştirakı ilə bağlıdır. Müzakirə iştirakçıları Amerika-Azərbaycan münasibətlərinə və Azərbaycanda daxili vəziyyətin bu münasibətlərə necə təsir etdiyinə qiymət verəcəklər.
Turan.az – contact.az saytında iclasdan canlı yayın aparılacaq.