Həlak olan hərbçinin xanımı: İsfəndiyar Axundov şəhid ailəsini incidib

Sağ olsun, Mehriban xanım, problemi operativ həll etdi, bizə 3 otaqlı mənzil verildi

Source: google.az


''Ev problemimizi Mehriban Əliyeva həll etdi''

2016-cı ilin 2-5 aprel döyüşlərində həlak olan Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova Ali Məhkəmənin iş adamı İsfəndiyar Axundovun xeyrinə qəbul etdiyi qərarın ləğv olunmasını istəyir.

Bu barədə Nəcibə Axundova Meydan TV-yə danışıb.

Nəcibə Axundova deyib ki, Yasamal Rayon məhkəməsi onların xeyrinə qərar qəbul etsə də, İsfəndiyar Axundov Apelyasiya Məhkəməsinə müxtəlif vasitələrlə təsir edib və öz xeyrinə qərar qəbul etdirdi:

“Biz yenidən Ali Məhkəməyə kassasiya verdik, amma İsfəndiyar Axundov orda da istədiyi qərarı ala bildi. O zaman İsfəndiyar Axundov bizim şəhid ailəsi olduğumuzu bilirdi, amma təzyiq vasitələrindən istifadə etdi. Mehriban Əliyeva bir daha sübut etdi ki, bu ölkənin rəhbərləri və qanunları var”.

Nəcibə Axundova İsfəndiyar Axundovun məsuliyyəti “Kamran MMC”nin üzərinə atmasını qəbul edilməz sayır.

1553848597_1553845903_1553845612.qa.jpg
Nəcibə Axundova

O bildirib ki, onlar qeyri-yaşayış sahəsini alıblar, bina da vətəndaşların hesabına tikilib:

“Bina 11-ci mərtəbəsinə qədər tikiləndən sonra 64 min manatdan 53 min manatını verib 1-ci mərtəbəsində mənzil aldıq. Bununla bağlı müqaviləmiz var. Elə oldu ki, 11-ci mərtəbə bitəndə “Kamran MMC”nin rəhbərlərini həbs etdilər. O zaman dövlət tikintini başa çatdırmağı İsfəndiyar Axundova tapşırdı. Bütün problemlər də bundan sonra başladı, İsfəndiyar dedi ki, o, nə “Kamran MMC”ni, nə də imzalanan müqavilələri tanıyır. Dedi ki, mənə pul verməmisiniz, ona görə iki qat artıq verməli olacaqsınız. Biz razılaşmayanda bizi incitdi. Məgər, o mənim həyat yoldaşımın şəhid olduğunu bilmirdimi?! Yaxşı, bilirdi, axı, onun vəkili Ramiq Axundov Ali Məhkəmədə demişdi ki, şəhidliyin məhkəməyə heç bir aidiyyatı yoxdur. Hələ mən vəkilə təkrar sual verəndə, “sözümün ağasıyam” deyə cavab da verdi. Vəkil də İsfəndiyar Axundovun təmsilçisidir. Ona görə iş adamının şəhid ailəsinin incitməməsi haqda söylədikləri yalandır”.

N.Axundova deyib ki, vaxtilə Prezident Administrasiyasına müraciət ediblər, amma reaksiya olmayıb:

“Sağ olsun, Mehriban xanım, problemi operativ həll etdi, bizə 3 otaqlı mənzil verildi”.

Ana səhifəXəbərlərHəlak olan hərbçinin xanımı: İsfəndiyar Axundov şəhid ailəsini incidib