Həlak olan hərbçilərin adları açıqlanıb

“Ermənistan beynəlxalq razılığın şərtlərini pozur”

Source:
Cəbhə xətti
Cəbhə xətti
Cəbhə xətti
Cəbhə xətti



“Ermənistan beynəlxalq razılığın şərtlərini pozur”

Müdafiə Nazirliyi fevralın 24-dən 25-ə keçən gecə cəbhə boyunca gedən döyüşlərdə həlak olan əsgərlərin adlarını açıqlayıb. Onlar Aqşin Abdullayev, Şahlar Nəzərov, Tural Haşımlı, Zülfü Qədimov və Zakir Cəfərovdur.

Nazirlik yaydığı açıqlamada Ermənistanın döyüş meydanından meyitlərin çıxarılması barədə beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş razılığın şərtlərini pozduğunu bildirir:

“Fevralın 26-da şəhid olmuş hərbçilərin nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri müvafiq tədbirlərin həyata keçirilməsini planlaşdırmışdı. Lakin bu, baş tutmayıb:

“Meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozaraq əməliyyatın keçirilməsinə mane olub. Onlar bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüblər. Cəbhənin digər istiqamətlərində düşmən tərəfi mövqelərimizi müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub və bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd edib”.

Ana səhifəXəbərlərHəlak olan hərbçilərin adları açıqlanıb