”Həbsxana həyatı onu sındırmayıb!” (VİDEO)


Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəmə prosesi keçirilib.

Məhkəməyə yenə də müstəqil media və ictimaiyyət nümayəndələri buraxılmayıb. Vəkil Fariz Namazlının sözlərinə görə, Tural Mustafayevin yaxınlarının verdiyi ifadələrdən aydın olur ki, Turalın özünəqəsdi Xədicə İsmayılla bağlı yox, şəxsin psixoloji problemləri ilə bağlıdır. Hal şahidi kimi dindirilən Samirə Ağayevanın dediklərinə görə isə, Tural Mustafayev xəstəxanada olarkən ona nişanlısı Rövşanə Rəhimovasız yaşaya bilməyəcəyini yazıb.

Xədicə İsmayıla qarşı irəli sürülən ittihamlardan biri-vəzifədən sui-istifadəyə gəlincə isə, şahidlər bunun əsassız olduğunu bildirir.

Proses iştirakçısı Çingiz Sultansoy Xədicə İsmayılın gümrah olduğunu deyir.

Jurnalistin məhkəməsi avqustun 11-i, saat 11-də davam edəcək.

Ana səhifəVideo”Həbsxana həyatı onu sındırmayıb!” (VİDEO)