8 yanvarda Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrində həbs olunan 18 nəfərin işinə baxılıb. Müsavat başqanının müavini Tofiq Yaqublu ifadə verərək hadisələrin təşkilatçılığında iştirak etmədiyini bildirib. O deyib ki, İsmayıllıya gələndə heç bir insidetin şahidi olmayıb.
REAL Hərəkatının sədri İlqar Məmmədov həbsinə İsmayıllı olaylarından iki ay əvvəl hazırlıq getdiyini bildirib.
Yayımlandı: 9 Yanvar 2014 20:07