“Həbsdə olmağım hakimiyyətin məndən qorxduğunu göstərir”

Vəkil Xədicə İsmayılla görüşdü

Source:


Vəkil Xədicə İsmayılla görüşüb

Fevralın 18-də vəkil Yalçın İmanov Bakı İstintaq Təcridxanasında araşdırmaçı-jurnalist Xədicə İsmayılla görüşüb. Vəkilin bildirdiyinə görə, Xədicə İsmayıl iki məsələni ictimaiyyətə çatdırmağını istəyıb. Fevralın 13-də Xədicə İsmayıla AR CM-nin 179.3.2, 192.2.2, 213.1 və 308.2-ci maddələri ilə yeni ittihamlar irəli sürülüb. Xədicə İsmayıl deyib: “Yeni ittihamlar vecimə də deyil, həbsdə olmağım hakimiyyətin məndən qorxduğunu göstərir. Yeni ittihamlar hüquq-mühafizə orqanlarının nə qədər absurda yuvarlandığını göstərdi. Mənim göstərmək istədiklərimi dünyaya göstərdiklərinə görə Əiliyev rejiminə minnətdarlıq edirəm. İkincisi, eşitdim ki, kimlərsə ruhdan düşüb, depressiyadadır. Nitsşenin “Möhkəm olun, o şey ki adamı öldürmür, o adamı güclü edir” fikrini həmişə xatırlayın”.

Vəkil jurnalistin səhhətinin normal olduğunu deyib.

Xədicə İsmayıl ötən ilin dekabrın 5-də həbs edilib. Həmin gün ona qarşı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb. Guya, Xədicə İsmayıl Tural Mustafayevi özünü öldürmə həddinə çatdırıb.

Fevralın 13-də jurnalistə qarşı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.

Ana səhifəXəbərlər“Həbsdə olmağım hakimiyyətin məndən qorxduğunu göstərir”