Həbsdə olan NİDA-çının atası vəfat etdi (yenilənib)

İbrahim Novruzlunun ürək tutması nəticəsində vəfat etdiyi bildirilir

Source:


Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidovla görüşən vəkil Əsabəli Mustafayev Meydan TV-yə bildirib ki, Şahin Novruzlunu atasının yas mərasiminə buraxmaylblar: “Rəis Seyidov dedi ki, ağır cinayət ittihamı olduğundan Şahin Novruzlunu buraxa bilməzlər”.


—————————————————————-


İbrahim Novruzlunun ürək tutması nəticəsində vəfat etdiyi bildirilir

Oktyabrın 14-də “Nida” Vətəndaş Hərəkatının üzvü, vicdan məhbusu Şahin Novruzlunun atası İbrahim Novruzlu vəfat edib. Məlumat Meydan TV-yə gənc fəalın yaxınlarından daxil olub. İbrahim Novruzlunun ürək tutması nəticəsində vəfat etdiyi bildirilir.

Bakı İstintaq Təcridxanasında saxlanılan Şahin Novruzlu Odlar Yurdu universitetinin maliyyə-kredit fakültəsində təhsil alırdı.

 “NİDA”-çı fəallar – Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov Üzeyir Məmmədli, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzluya   qarşı Cinayət Məcəlləsinin 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmək) maddəsi ilə cinayət işi açılmışdı. İstintaqın iddiasına görə, gənclər martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Ötən ilin sentyabrın 12-də gənclərə qarşı yeni ittiham irəli sürüldü. Onlar Cinayət Məcəlləsinin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə günahlandırılırlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlərHəbsdə olan NİDA-çının atası vəfat etdi (yenilənib)