Həbsdə olan jurnalistin xanımı BMT və Avropa İttifaqının nümayəndələri ilə görüşüb

Xarici qonaqlar jurnalistə verilən işgəncələrə sərt münasibət sərgiləyib lazımi addımlar atacaqlarını bildiriblər

Source:
Fikrət Fərəməzoğlu ailəsiylə



”Xarici qonaqlar jurnalistə verilən işgəncələrə sərt münasibət sərgiləyib lazımi addımlar atacaqlarını bildiriblər”

DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunan jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun xanımı Faiqə Nosreti BMT və Avropa İttifaqının nümayəndələri ilə görüşüb.

Bu barədə  Faiqə Nosreti “facebook” səhifəsində məlumat paylaşıb.

O, ölkəmizdə səfərdə olan BMT- nin İnsan Hüquqları Bürosunun xüsusi nümayəndəsi Jamşid Gaziyev, Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mardinin birinci müşaviri Denis Danilidis və qurumun siyasi müşaviri xanım Nina Lindvalla görüşdüyünü qeyd edib: “Görüşdə diplomatlar  jurnalist Fikrət Fərəməzoğlunun həbsi və hazırkı durumu ilə maraqlanıblar. Jurnalistə verilən işgəncələrlə bağlı məni dinləyib suallar verdilər”.

O qeyd edib ki, xarici qonaqlar həyat yoldaşının işi ilə yaxından maraqlanıblar. Xüsusən ona verilən işgəncələrə sərt münasibət bildiriblər və F. Fərəməzoğlunun işini diqqətdə saxlayıb lazımi addımlar atacaqlarını bildiriblər.

Ana səhifəXəbərlərHəbsdə olan jurnalistin xanımı BMT və Avropa İttifaqının nümayəndələri ilə görüşüb