Həbsdə olan jurnalistdən Mirşahinə sərt cavab

“Biz qanun qarşısında deyilik, qanunu ayaqlar altına atan repressiyanın saxta ittihamları qarşısındayıq”

Source:


“Biz qanun qarşısında deyilik, qanunu ayaqlar altına atan repressiyanın saxta ittihamları qarşısındayıq”

Həbsdə olan tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıl ANS kanalının “Hesabat” proqramına etiraz edib. Xanım jurnalistin Meydan TV-yə daxil olan açıqlamasında deyilir: “ANS-in “Hesabat” verilişində Emin Hüseynovla bağlı süjetə baxdım. Mirşahin belə bir söz də işlətdi ki, Xədicə İsmayıl və Leyla Yunusdan fərqli olaraq Emin Hüseynov qanun qarşısında durmaq istəmədi. Səhvi heç də kiçik deyil. Ən azı ona görə ki, biz qanun qarşısında deyilik, qanunu ayaqlar altına atan repressiyanın saxta ittihamları qarşısındayıq”.

Xədicə İsmayıl ötən ilin dekabrın 5-də həbs edilib. Həmin gün ona qarşı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb. Guya, Xədicə İsmayıl Tural Mustafayevi özünü öldürmə həddinə çatdırıb.

Fevralın 13-də jurnalistə qarşı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub. Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.

Ana səhifəXəbərlərHəbsdə olan jurnalistdən Mirşahinə sərt cavab