Həbsdə olan jurnalist vəkili ilə görüşüb

”Şəxsi işində heç bir əsas olmadan ”intihara meyillidir” yazılıb”

Source:


”Şəxsi işində heç bir əsas olmadan ”intihara meyillidir” yazılıb”

Vəkil Elçin Sadıqov mayın 16-da jurnalist Əfqan Sadıqovla görüşüb. Bu barədə vəkil “Facebook” səhifəsində yazıb. O, Əfqan Sadıqovun əhvalının yaxşı olduğunu bildirib:

“Əhvalı yaxşıdır. Narahatlığı ondandır ki, onun şəxsi işində heç bir əsas olmadan “intihara meyillidir” yazılıb. Əfqan bildirdi ki, heç vaxt intihar haqqında düşünməyib, daim mübarizə aparan insan olub və daim də elə olacaq. Höküməti tənqidi fikirlərinə görə onun şəxsi işinə, onu xarakterizə edən hal kimi “intihara meyillidir” yazılıb. Bu qeyd onun şəxsi işinə Bakı İstintaq Təcridxanasında yazılıb. Əfqan Sadıqov bildirdi ki, bu qeyd onu intihar adı ilə aradan götürmək məqsədilə edilib”.

Vəkil müvəkkilinin narahatçılığını İstintaq Təcridxanasının rəisinə də bildirdiyini yazıb.

Cəlilabad rayonunda (Bakıdan 211 kilometr cənub) fəaliyyət göstərən azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. O, Cəlilabad rayon icra hakiminin və yerli icra orqanlarının barəsində tənqidi yazılarından sonra Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə (Qəsdən sağlamlığa az ağır zərər vurma – ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə) 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist düşünür ki, yerli hakimiyyəti tənqid etdiyinə görə ona qarşı təxribat törədilib. Belə ki, o, rayon administrasiyasının binasında olarkən guya dava düşüb və jurnalisti hücumda ittiham ediblər

Ana səhifəXəbərlərHəbsdə olan jurnalist vəkili ilə görüşüb