Həbsdə olan jurnalist Rauf Mirqədirovun atası vəfat edib (VİDEO)

Mayın 24-də səhər saatlarında “Zerkalo” qəzetinin həbsdə olan icmalçısı Rauf Mirqədirovun atası Həbibulla Mirqədirov vəfat edib.

Meydan TV-yə məlumat verən vəkil Fuad Ağayev bildirib ki, mayın 23-də Respublika Prokurorluğunun Həbibulla Mirqədirovun mənzilində apardığı axtarışdan sonra onun vəziyyəti pisləşib. Səhər saatlarında isə H.Mirqədirov vəfat edib.

Mayın 24-də saat 14-də ictimaiyyətin nümayəndələri Respublika Prokurorluğunun qarşısına toplaşıb baş prokuror Zakir Qaralova jurnalisti atasının dəfnində iştirak üçün müraciət edəcəklər.

Həbibulla Miqədirovun 84 yaşı vardı.

Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olunub və Bakıda həbs edilib. Jurnalistə qarşı casusluq ittihamı ilə cinayət işi açılıb.

Ana səhifəVideoHəbsdə olan jurnalist Rauf Mirqədirovun atası vəfat edib (VİDEO)