Həbsdə olan hüquq müdafiəçisi Qarabağdakı girovlarla bağlı bəyanat yaydı

“”Beynəlxalq hüquq müdafiə ictimaiyyətini bu məsələyə daha fəal yanaşmağa və girovların azadlığa buraxılması sahəsində səylərini artırmağa çağırıram”

Source:


“Beynəlxalq hüquq müdafiə ictimaiyyətini bu məsələyə daha fəal yanaşmağa və girovların azadlığa buraxılması sahəsində səylərini artırmağa çağırıram”

“Həmyerlilərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində çıxarılmış hökmü pisləyirəm və bunu ümumi sülh prosesinə ciddi təhlükə kimi qiymətləndirirəm”.

Bu fikirlər həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun bəyanatındandır.

Rəsul Cəfərov bildirib ki, girovlar üzərində hər hansı məhkəmənin qurularaq onların məsuliyyətə cəlb edilməsi girovların status və insan haqları sahəsində beynəlxalq sənədlərn kobud pozuntusudur.

“Beynəlxalq hüquq müdafiə ictimaiyyətini bu məsələyə daha fəal yanaşmağa və girovların azadlığa buraxılması sahəsində səylərini artırmağa çağırıram. Eyni zamanda, Azərbaycan hakimiyyətini insan haqlarının müdafiəsi sahəsində öz beynəlxalq imicini və girovların azad edilməsi istiqamətində mövqeyini gücləndirmək üçün əsassız ittihamlarla həbs edilmiş vətəndaş cəmiyyəri fəallarını təxirəsalınmadan azadlığa buraxmağa çağırırıq”-deyə bəyanatda deyilir.

Ana səhifəXəbərlərHəbsdə olan hüquq müdafiəçisi Qarabağdakı girovlarla bağlı bəyanat yaydı