Həbsdə olan baş redaktor Daxili İşlər Nazirliyini məhkəməyə verir

Vəkili Cavid Şirəliyevin həbsi üçün heç bir əsas olmadığını deyir

Source:


Vəkili Cavid Şirəliyevin həbsi üçün heç bir əsas olmadığını deyir

Ötən il Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan 7Gun.az saytının baş redaktoru Cavid Şirəliyev Daxili İşlər Nazirliyini məhkəməyə verib.

Məlumatı Meydan TV-yə Cavid Şirəliyevin anası Zahirə Şirəliyeva verib.

Z.Şirəliyeva oğlunun şərlənərək həbs olunduğunu əsas gətirərək, iddia qaldırıldığını bildirib.

Baş redaktorun vəkili Qeys Musayev isə Arqument.az-a bildirib ki, Cavid Şirəliyevin həbsi üçün heç bir sübut yoxdur. Ona qarşı irəli sürülən ittiham isə əsassızdır: “Cavid Şirəliyevi dələduzluq maddəsi ilə tutublar. Amma baxın, ondan şikayət edən Şəfiqə İsmayılova ilə arasında telefon danışığı olmayıb. Guya Qazaxda “Tatar” kafesindən pul tələb olunub. Vergilər Nazirliyindən rəsmi olaraq bildiriblər ki, “Tatar” kafesi qeydiyyata alınmayıb. İttihamda göstərilir ki, Cavid Şirəliyev 2013-cü ildə bu kafedən pul istəyib, amma bütün rəsmi sənədlərdə göstərilir ki, 2014-cü ilə qədər Şəfiqə İsmayılovanın adından torpaq və hər hansı bir obyekt olmayıb. Maraqlıdır, 2013-cü ildə bu hadisə baş vermişdisə, Şəfiqə İsmayılova 2014-cü ildə – 1 il sonra niyə müraciət edirdi? Daha bir fakt odur ki, Cavidə pulun verilib-verilməməsini təsdiq edən şahid yoxdur. Bütün bunlar ittihamın əsassız olduğunu göstərir”.

2014-cü il senytabrın 1-də “

7gun.az

” saytının və “7 gun xəbər” qəzetinin rəhbəri DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, “

7gun.az

”-ın rəhbəri Cavid Ələsgəroğlu Qazax rayonundakı evinin qarşısında bir qrup polis tərəfindən saxlanılaraq həbs olunub. Baş redaktor barəsində  2 ay həbsqətimkan tədbiri seçilib və 4 dəfə həbsin müddəti uzadılıb. O, hazırda Kürdəxanı təcridxanasında saxlanılır.

Cavid Ələsgəroğlu 10 ildən artıqdır ki,

7gun.az

 xəbər portalına rəhbərlik edir. C. Şirəliyev 2010-cu ildə Masallı rayon 71 saylı Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. O, həm də “7 gun xəbər” qəzetinin təsisçisidir.

Ana səhifəXəbərlərHəbsdə olan baş redaktor Daxili İşlər Nazirliyini məhkəməyə verir