Həbs olunan MTN-çilərin məhkəməsi keçirilib

Onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302, 308 və 309-cu maddələri ilə cinayət işi başlanıb

Source:


Onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302, 308 və 309-cu maddələri ilə cinayət işi başlanıb

Oktyabrın 19-da Səbail Rayon Məhkəməsində Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin 10-dək əməkdaşı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

“Report”un əldə etdiyi məlumata görə, onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

Haqqında həbs qətimkan tədbiri seçilən şəxslərin hamısının adı bəlli deyil. “Report” onlardan üç nəfərinin adını əldə edib. Bunlar Fərhad Atayev, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Məmmədova və polkovnik Füzuli Ələsgərzadədir.

Ana səhifəXəbərlərHəbs olunan MTN-çilərin məhkəməsi keçirilib