Həbs edilən icra başçısının oğlu işdən çıxarılıb

Məhəmməd Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsində çalışırdı.

Source: Foto: sosial şəbəkə


Vilyam Hacıyevin prokuror oğlu vəzifəsini itirib

İmişli rayonunun həbs edilən sabiq icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev işdən çıxarılıb.

Məhəmməd Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsində çalışırdı.

Məlumatı “Report.az”-a Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.


Dövlət Təhlükəsizliyi Xidməti

(DTX) mayın 5-də İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və icra başçısı V.Hacıyevi həbs edib. Bir gün sonra dövlət başçısı İlham Əliyev V.Hacıyevin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Vilyam Hacıyev DTX tərəfindən həbs edilən sayca dördüncü icra başçısıdır. Bundan əvvəl Ağstafa, Neftçala, Biləsuvar rayonlarının icba başçıları həbs ediliblər.

Ana səhifəSiyasətHəbs edilən icra başçısının oğlu işdən çıxarılıb