“Hazırda hakimiyyət nəbz yoxlaması ilə məşğuldur”

Məhəmməd Talıblı: “İqtisadiyyatın indiki şərtləri ilə 1 dolların 90 qəpik civarında qalmasına daha uyğundur”

Source:


Məhəmməd Talıblı: “İqtisadiyyatın indiki şərtləri ilə 1 dolların 90 qəpik civarında qalmasına daha uyğundur”

Mərkəzi Bankın İdarə Heyətinin manatın devalvasiya ilə bağlı 21 fevral qərarından sonra dollar və avro milli valyutaya nisbətdə cüzi dəyişiklliyə uğrayır. Hər gün, bəlkə günün müxtəlif vaxtlarında dolların “oynaması”nın şahidi oluruq.

Mövcud vəziyyəti Meydan TV-yə şərh edən iqtisadçı Məhəmməd Talıblı hökumətin hazırkı vəziyyətdə “iki daş” arasında qaldığını güman edir. Hakimiyyət birinci variantda “şok terapiya”nı davam etdirib, 1 dolları 1 manat 10, yaxud 1 manat 20 qəpik nisbətində saxlayır və iqtisadiyyat uzun müddət bu platforma ilə gedir. Artıq cəmiyyət də, biznes də, iqtisadçılar da bu standarta uyğunlaşır. Amma iqtisadi nəzəriyyədə yumşaq devalvasiya nəzərdı tutulur, sadəcə, hakimiyyətdəkilər onu başa düşmür ki, milli valyutanın 33 faiz dəyər itirməsi yumşaq devalvasiya deyil. Bu, əslində radikal devalvasiyadır. İkinci variantda isə hakimiyyət 1 dolları 90 qəpik nisbətində formalaşdırıb, vətəndaşlar başda olmaqla biznes və iş adamlarınə da heç bir kataklizm hiss etmədən qiymət şərtinə uyğunlaşdırır”.

Onun sözlərinə görə, hazırda hakimiyyət cəmiyyətin və iş adamlarının nəbz yoxlaması ilə məşğuldur. Əgər ikinci variantı uyğunlaşdıra bilsələr, ona gedəcəklər. Çünki yekun qərar verilməlidir ki, məzənnə səviyyəsi oturuşsun. Ona görə oturuşmaya qədər bazarı dalğalandırırlar, bundan isə spekulyantlar yaxşı istifadə edirlər. Bu prosesin qeyri-müəyyənliyə qədər uzanması qəti qərara mane olur. Əgər qərar verilsə, proses öz axarına düşəcək. İqtisadiyyatın indiki şərtləri ilə 1 dolların 90 qəpik civarında qalması daha uyğundur. 90 qəpik iqtisadiyyatda müəyyən fəsadlar yaratmır, amma birinci variantın sosial fəsadları neqativdir”.

Ana səhifəXəbərlər“Hazırda hakimiyyət nəbz yoxlaması ilə məşğuldur”