“Hara baxırlar, niyə susurlar, niyə bu insanların həbsdə işgəncə görməsinə göz yumurlar?”

Almaniyadan readmissiya sazişi əsasında Azərbaycana qaytarılan, amma bir qədər sonra həbs olunan şəxslərin yaxınları bu gün Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi qarşısında etiraz ediblər.

 Aksiya iştirakçıları vurğulayıblar ki, Almaniyadan qaytarılaraq həbs edilən altı nəfərdən dördünə narkotik ittihami verilib.

 Onlar yaxınlarının günahsız olduğunu və siyasi baxışlarına görə həbs edildiyini deyirlər.

 Etirazçılar arasında jurnalist Polad Aslanovun həyat yoldaşı da olub. 

Hadisə yerində olan polis əməkdaşları aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb.

  Aksiya zamanı saxlanan olmayıb.

Aksiyaya, hələlik, Azərbaycanın rəsmi qurumlarından və BMT-nin Azərbaycandakı nümayəndəliyindən münasibət almaq mümkün olmayıb. 

Amma bu vaxta qədər Almaniyadan gətirilib Azərbaycanda həbs edilənlərin şərlənməsi ilə bağlı ayrı-ayrı işlər üzrə deyilənləri Daxili İşlər Nazirliyindən təkzib ediblər.

Son illər “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişə əsasən yüzlərcə mühacir Avropa ölkələrindən Azərbaycana qaytarılıb. Onların çox hissəsi Almaniyadan qaytarılanlar olub.

Ana səhifəVideo“Hara baxırlar, niyə susurlar, niyə bu insanların həbsdə işgəncə görməsinə göz yumurlar?”