Hansı məhsullar daha çox bahalaşacaq?

Qubad İbadoğlu: “Hadisədən ən çox zərər çəkən manatla depoziti olan və dollarla kredit götürənlər oldu”

Source:


Qubad


İbadoğlu: “Hadisədən ən çox zərər çəkən manatla depoziti olan və dollarla kredit götürənlər oldu”

“Fevralın 17-də paylaşdığım statusda bildirmişdim ki, “bir müddətdən sonra manatın məzənnəsinə artıq psixoloji deyil, gerçək təsirlər də işə düşəcək. Əsl “qiyamət” də onda qopacaq. Mərkəzi Bankın hazırkı qərarını həmin günə hazırlıq kimi dəyərləndirmək olar”. Elə də oldu Mərkəzi Bank məzənnə siyasətinin yeni əməliyyat çərçivəsi barədə açıqlama verəndən 5 gün sonra ölkə üçün “iqtisadi qiyamət” hesab oluna biləcək hadisə yaratdı”.

Bu açıqlamanı Meydan TV-yə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu verib.

Hərəkat sədri bildirib ki, Mərkəzi Bank 21 fevral qərarı ilə uzun illərdir mənasız işlərlə məşğul olduğunu etiraf etdi və manatın məzənnəsini süni üsullarla qoruduğunun fərqinə indi daha çox vardı. Əgər Mərkəzi Bank əvvəllər valyuta bazarında alış xarakterli müdaxilələr edərək valyuta ehtiyatlarını artırırdısa, son aylar əksinə satış xarakterli müdaxilələrə gedərək valyuta ehtiyatlarının kəskin azaldığını müşahidə edirdi. Yalnız ötən ilin dekabr və bu ilin yanvar aylarında bu məqsədlə 2,2 milyard manatdan çox vəsait xərcləyən Mərkəzi Bank baş verənlərin və gözlənilənlərin məsuliyyətini manatın devalvasiyası qərarını verməklə özündən bir az uzaqlaşdırdı. Mərkəzi Bankın bu qərarı Azərbaycan iqtisadiyyatında, xüsuslə də maliyyə-bank sistemində vəziyyətin hətta pis olduğunu isbatladı. “İllər öncə Azərbaycan iqtisadiyyatının gələcəyi ilə bağlı bizim bölüşdüyümüz narahatçılıq rəsmilər tərəfindən inkar olunsa da, Mərkəzi Bankın qərarı bizim nə qədər haqlı olduğumuzu təsdiq etdi. Üçüncüsü, baş verənlər göstərdi ki, “manata görə təlaşa düşməyə dəyməz” deyən sabiq maliyyə naziri və “manatın sabitliyinə heç bir təhlükə yoxdur” bəyanatını verən baş bangir xalqı aldatmaqla məşğuldurlar. Nəhayət, bu hadisə nümayiş etdirdi ki, heç bir siyası sistem iqtisadi böhrana davam gətirə bilmir və hazırkı şəraitdə iqtisadiyyatın idarə edilməsi xeyli mürəkkəbləşib. Eyni zamanda, iqtisadiyyatı xarici təsirlərdən asılı olan ölkədə baş verəcək bu tip hadisələrdən heç kəs sığrtalana bilməyəcək”.

Hansı fəsadların gözləntisinə gəlincə, iqtisadçı dedi ki, manatın ucuzlaşması fonunda dolların bahalaşması ilk növbədə idxal olunan əsas yeyinti məhsullarının (bitki və heyvan mənşəli piylər və yağların, süd məhsullarının, ətin, şəkərin), dərman və digər əzcacılıq mallarının, eləcə də tütün və tütün məmulatlarının, spirtli içkilərin, avtomobillərin, məişət texnikası, mebelin və onun hissələrinin, sonrakı mərhələdə isə çörəyin və digər un məmulatlarının qiymətində 1,5 – dən 2 dəfəyədək bahalaşma gözlənilir. Bu isə il ərzində inflyasiyanın Mərkəz Bankın hədəflədiyindən 2-3 dəfə yüksək olacağını proqnozlaşdırmağa imkan verir. Bu proseslərin nəticəsində yaşayış standartları aşağı düşəcək, sosial göstəricilər pisləşəcək, əhali və hökümət arasında sosial münasibətlər gərginləşəcək. İkincisi, manatın uculaşması milli valyutaya və banklara olan inamı azaltdığından iqtisadiyyatda dollarlaşma səviyyəsini yüksəldəcək, iri alış və satışların dollarla aparılmasını və nağd şəkildə ödənişini şərtləndirəcək. Bu isə gizli iqtisadiyyatın miqyaslarını genişləndirəcək və hökümətin qəbul etdiyi qərarların milli iqtisadiyyata təsirlərini zəiflədəcək. Hadisədən ən çox zərər çəkən manatla depoziti olan və dollarla kredit götürənlər oldu. Bunu nəzərə almaq hələ də gec deyil.

Ana səhifəXəbərlərHansı məhsullar daha çox bahalaşacaq?