Neftçilər Xəstəxanasından AzadlıqRadiosuna bildiriblər ki, o dekabrın 6-dan reanimiyasiyaya yerləşdirilib. Hazırda vəziyyəti stabildir və yaxşılığa doğru gedir. Amma hələki təzyiqlə qan stabil deyil deyə reanimasiyada müşahidə altında saxlanır.
Xəstəxanaya ürəkçatışmazlığı, şəkərli diabet və beyin qan dövranın pozulması dioqnozu ilə yerləşdirilib.
***
Onun beyninə qan sızıb
Lent.az-ın məhkəmədən əldə etdiyi məlumata görə, o, hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir.
Mərkəzi Neftçilər Xəstəxanasından faktı təsdiqləyiblər. Xəstəxanadan bildirilib ki, Ə.Seyidov hazırda reanimasiyadadır, o, xəstəxanaya dekabrın 6-da yerləşdirilib.
Ənvər Seyidov bir neçə siyasi motivli işlərə baxıb. O, hüquq müdafiəçiləri tərəfindən ən çox pozuntulara yol verən hakim kimi tanınıb. Konkret olaraq, Ənvər Seyidov sabiq müdafiə naziri Rəhim Qazıyev haqda ömürlük həbs cəzası, Səid Dadaşbəyli barədə 14 il, oktyabrın 25-də gənc fəal Qiyas İbrahimova 10 il azadlıqdan məhrum etmə cəzası çıxarıb.
Noyabrın 18-də isə qətldə təqsirləndirilən Elməddin Ağayevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində insident baş vermişdi.
Hakim Ənvər Seyidovun sədrlik etdiyi məhkəmə heyəti E.Ağayevin 19 il müddətinə azadlıqdan məhrum olunması ilə bağlı hökm verib.
Təqsirləndirilən şəxsin prosesi izləyən yaxınları hakimlərin çıxardığı hökmə etiraz ediblər. E.Ağayevin qohumu olan qadın üzərinə benzin tökərək intihara cəhd edib. Zaldakılar intihara cəhdin qarşısını alıblar.
Ənvər Seyidovun 67 yaşı var. O, 1972-ci ildən ədliyyə sistemində çalışır, hüquq elmləri doktoru, professordur. Pedaqoji Universitetin Elmi Şurasının üzvüdür.
“Azərbaycan Respublikasında beynəlxalq normaların tətbiqi” (2003), “Konstitusiya və hüququn əsasları”, “Hüququn əsasları” (2008), “Heydər Əliyev və Azərbaycan Konstitusiyası” (2008), “Cinayət prosesində insan hüquqlarının təminatı məsələləri: Beynəlxalq standartlar və dövlətdaxili qanunvericilik” (2012) dərsliklərinin müəllifidir.
1997-ci ildən “Əsilzadələr məclisi”, Ağsaqqallar Şurasının, “Azərbaycan Teatr Xadimləri İttifaqı”nın, “Azərbaycan Jurnalistlər Birliyi”nin, “Azərbaycan Yazıçılar Birliyi”nin üzvüdür.
“Təlatüm” romanı “Qızıl Qələm”, “Qızıl Qılınc” və Rəsul Rza adına mükafatlara layiq görülüb.
“Təlatüm”, “Gürzə”, “Ünvansız eşq” və “Dələduzlar” romanları əsasında bədii televiziya filmləri çəkilib. “Tale yolları”, “Həyat duyğuları” əsərlərinin də müəllifidir.