Hafiz Babalıya xəbərdarlıq edildi

REAL Hərəkatının üzvü xırda xuliqanlıqda günahlandırılır

Source:

REAL Hərəkatının Sumqayıt Məclisinin sədri Hafiz Babalı mayın 18-də Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə dəvət olunub. Bu barədə Meydan TV-yə Hafiz Babalının özü məlumat verib. Onun sözlərinə görə, bölməyə sahə müvəkkili Samir Rzayev tərəfindən dəvət edilib. Bölmədə Hafiz Babalıya protokol təqdim edilib, hüquqları başa salınıb. Bildirilib ki, o, küçədə REAL-ın broşüralarını zorla payladığına görə İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə (xırda xuliqanlıq) məsuliyyət daşıyır.

Bölməyə şahid qismində daha iki nəfər də dəvət olunub. Onlar ifadələrində Hafiz Babalının broşüralar payladığını desələr də, bunu zorla etdiyini görmədiklərini bildiriblər.

Sonra Hafiz Babalı Sumqayıt şəhər Məhkəməsinə aparılıb. REAL üzvünə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. Hafiz Babalı Meydan TV-yə bildirib ki, hakim xəbərdarlığı əsaslandırmayıb.

Ana səhifəXəbərlərHafiz Babalıya xəbərdarlıq edildi