Hafiz Babalının sağlamlığında problemlər yaranıb

Hafiz Babalı. Foto: Meydan TV

“AbzasMedia işi” üzrə həbsdə olan jurnalist Hafiz Babalının səhhətinin ağırlaşdığı bildirilir.

Bu barədə onun “Facebook” səhifəsində məlumat yayılıb.

Bildirilir ki, onun sağlamlığında və ayağında ciddi problemlər yaranıb.

Onun ayağında göyərmə, qızartı və açıq yaralar əmələ gəlib. Müəssisənin həkimi vəziyyətin ciddi olduğunu təsdiqləyib və təcili tibbi müdaxiləyə ehtiyac olduğunu bildirib”, – deyə vurğulanıb.

Araşdırmaçı jurnalist Hafiz Babalı 2023-cü ilin dekabrında “AbzasMedia işi” çərçivəsində saxlanılıb. O, qaçaqmalçılıq ittihamı ilə təqsirləndirilib.

2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hafiz Babalı ona qarşı irəli sürülmüş ittihamları rədd edir və peşəkar jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.

Ana səhifəSiyasətHafiz Babalının sağlamlığında problemlər yaranıb