Hadı Rəcəblinin ailə biznesi (İnfoqrafika)

“Müəllim maaşla dolana bilmirsə, işdən sonra daş da hörsün” deyən Hadi Rəcəblinin ailə biznesi

Source:

“Müəllim maaşla dolana bilmirsə, işdən sonra daş da hörsün”, “Şəhid ailələrinə 100 min manat verə bilmərik” – deyən Hadi Rəcəblinin ailə biznesi:

– Hər ay rəsmi olaraq Milli Məclisdən 1822 manat maaşı.

– Lənkəranda yerləşən “Palıdlı sahil” istirahət mərkəzi (bura hotel, restoran, sanatoriya daxildir)/

– Lənkəranda şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi, univermaq və s. ticarət obyektləri.

– Bakıdakı “DNS Computers” şirkətinin 4, Sumqayıtda isə 1 mağazası (Mənbə: Jam.az)/

Oğlanlarından biri, Vüsal Rəcəbli “Həyat” Beynəlxalq Humanitar Təşkilatının prezidentidir.

Digəri, Tural Rəcəbli deputatın biznes fəaliyyəti ilə məşğuldur. Onun əsasən “DNS Computers” şirkətlərini idarə etdiyi iddia olunur.

Günay adlı qızı Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəhbəri, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın gəlinidir. Şəhərdə məşhur klinikalardan birinin sahibidir.

Digəri qızı Ülviyyə isə banklardan birinin sədr müavini ilə evlidir. Bu qızının şəhərdə uşaq bağçaları fəaliyyət göstərir.

Hadı Rəcəbli hakim ailə, Paşayevlərlə də qohum idi. Belə ki, Hadı Rəcəblinin qaynı oğlu Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovanın keçmiş əri olub.

Deputat həmçinin cənub bölgəsində 100 hektarlarla ərazilərə, villalara, şəhərin mərkəzində mənzillərə, bir sıra digər ticarət və iaşə obyektlərinə də sahibdir.

Ana səhifəXəbərlərHadı Rəcəblinin ailə biznesi (İnfoqrafika)