Hacıqabulda Tbilisi-Bakı avtobusu ”Kamaz”la toqquşub

30-a yaxın insan xəsarət alıb

Source:


30-a yaxın insan xəsarət alıb

Hacıqabul rayonunda Atbulaq qəsəbəsi ərazisində Tbilisi-Bakı sərnişin avtobusu ilə “Kamaz” toqquşub.


“Report”

informasiya agentliyinin məlumatına əsasən, Gürcüstan vətəndaşı, 1971-ci il təvəllüdlü Orbalişvili Petri Qadiroviçin idarə etdiyi sərnişin avtobusu idarəetmədən çıxaraq “Kamaz”la toqquşub.

Nəticədə 30-a yaxın insan xəsarət alıb.

Hadisə yerinə Hacıqabul rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Şirvan şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb ediliblər.

İlkin məlumatlara görə, yaralılardan 14 nəfəri Şirvan Şəhəri Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər yaralıların isə Hacıqabul Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Yaralılardan ikisinin vəziyyəti ağırdır, digərlərinin həyatına təhlükə yoxdur.

Ana səhifəXəbərlərHacıqabulda Tbilisi-Bakı avtobusu ”Kamaz”la toqquşub