Gürcüstanda azərbaycanlı icra başçısı saxlanılıb

İcra başçısı ləyaqəti alçaldan rəftarda ittiham olunur

Source:
Teymur Abazov
Teymur Abazov


İcra başçısı ləyaqəti alçaldan rəftarda ittiham olunur

Gürcüstanın Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazov prokurorluğa çağırılaraq, saxlanılıb.

“APA” agentliyinin məlumatına görə, Gürcüstanın Baş prokurorluğu xəbəri təsdiqləyib.

Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 144-cü maddəsinin “e” (Qeyri-insani və ləyaqəti alçaldan rəftar) bəndi üzrə iş aparılır.

Həmin maddə üzrə məcəllədə 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Saxlanılmaya səbəb, T.Abazovun yer aldığı iddia olunan və “Facebook” sosial şəbəkəsində yayılmış video-görüntüdür.

İyunun 11-də Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs “Facebook” üzərindən canlı yayım edərək T.Abazov və “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişviliyə təhqiramiz ifadələr işlədib. Daha sonra E.Allahverdiyevin alçaldılaraq, üzr istədiyi video-görüntü sosial şəbəkədə yayılıb. Video-görüntüdə T.Abazovun da olduğu iddia olunur.

Video qısa zaman ərzində sosial şəbəkədə geniş yayılıb və istifadəçilərin hiddətinə səbəb olub.

T.Abazov öz növbəsində video-görüntülərdən xəbəri olmadığını bildirib.

E.Allahverdiyev məsələ ilə bağlı artıq Marneuli polis bölməsində dindirilib.

Ana səhifəXəbərlərGürcüstanda azərbaycanlı icra başçısı saxlanılıb