Dünən Gürcüstan dövlət kitabxanasının konfrans zalında bir qrup gürcüstan vətəndaşı olan azərbaycanlı gənclərin təşkil etdiyi sayt təqdimatı baş tutub. Renessans.ge domeni ilə qeydiyyatdan keçmiş sayt bir neçə fəal, çağdaş düşüncəli gəncin könüllü əsaslarla ərsəyə gətirdiyi bir layihədir. Bu ilin fevralından fəaliyyətə başlayan sayt artıq azərbaycanlıların kompakt yaşadığı Kvemokartli bölgəsində və bütün Gürcüstanda xeyli müzakirələrə səbəb olub.
Sayt bu günədək yalnız bir neçə gəncin könüllü təşəbbüsü sayəsində fəaliyyət göstərib. Lakin bundan sonra saytın daha keyfiyyətli fəaliyyəti, həmçinin yeni imzaların cəlb olunması üçün müxtəlif qrant layihələrinə baş vurulması nəzərdə tutulub. Sayt rəhbərliyi prinsipial olaraq Azərbaycan dövlətindən hər hansı maddi yardımı qəbul etməməkdə qərarlıdır.
Bu yazı 10 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 8 May 2015 16:46