Tbilisidə həbs olunmuş hüquq müdafiəçiləri ilə bağlı dəstək aksiyası keçirildi
Oktyabrın 17-də, saat 12:00-da Tbilisidə yerləşən H. Əliyev parkında bir neçə yerli QHT üzvləri Azərbaycanda həbs olunmuş hüquq müdafiəçilərinə dəstək aksiyası keçiriblər.
Dinc aksiyada Tbilisi İnsan Haqları Evinə üzv olan beş QHT – “İnsan Haqları Mərkəzi”, “Qafqaz – İnsan haqları və Konfliktlərin Tədqiqatı Mərkəzi”, “SAFARİ Birliyi”, “Konstitusiyanın 42-ci maddəsi”, “Media İnstitutu”, “GCRT” nümayəndələri və fəal vətəndaşları iştirak ediblər.
Aksiya daha sonra Gürcüstandakı Azərbaycan səfirliyi qarşısında davam etdirilib.
İştirakçıların bəyənnaməsi səfirə təqdim olunub.