Gürcüstan Ombudsmanı: Azərbaycanın göndərdiyi dərsliklər məktəblərdə təhsil prosesinə mənfi təsir göstərir

Etibar Əliyev: ”Təhsil proqramları eyniləşməlidir, yeganə çıxış yolu 12 illik orta təhsil sisteminə keçiddir”

Source:


Etibar Əliyev: ”Təhsil proqramları eyniləşməlidir, yeganə çıxış yolu 12 illik orta təhsil sisteminə keçiddir”

“Azərbaycan və Ermənistan tərəfinin Gürcüstana təqdim etdiyi dərsliklər ölkənin təhsil sisteminin standartlarına uyğun deyil”.

Bu açıqlama Gürcüstan Ombudsmanının 2017-ci il üzrə insan haqları və azadlıqlarına dair hesabatında öz əksini tapıb.

Bildirilib ki, Ermənistan bu yaxınlarda 12 illik təhsil sisteminə keçib:

“Azərbaycanda isə 11 illik təhsil sistemi davam edir. Bu, o deməkdir ki, Azərbaycanda 12-ci sinif üçün nəzərdə tutulmuş dərsliklər yoxdur. Azərbaycandilli məktəblər üçün Azərbaycanın göndərdiyi dərsliklər məktəblərdə təhsil prosesinə mənfi təsir göstərir”.

Ombudsman Gürcüstanın Təhsil və Elm Nazirliyinə Azərbaycan və erməni dilində dərsliklərin ölkədə çap olunması ilə bağlı tövsiyələr verib.


APA

yazır ki, Azərbaycan son illər Gürcüstanın Azərbaycandilli məktəblərini dərsliklərlə təmin edir. Ötən 4 ildə Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəbləri üçün ümumi sayı 73 805 ədəd olan “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi və müəllimlər üçün metodik vəsaitlər təqdim edib.

Təhsil üzrə ekspert Etibar Əliyev Meydan TV-yə deyib ki, 11 illik və 12 illik təhsil arasında həm proqramlar, həm dərsliklər, həm də təmayülləşmə üzrə böyük fərqi var:

“Tədrisin bir il artıq qurulması icbari təhsilin müddətinə də təsir edir. Əgər 11 illik orta təhsil sistemində icbari təhsil 9 illik nəzərdə tutulursa, 12 illik təhsildə isə 10 illik nəzərdə tutulur. Söhbət şagirdlərin 1 il artıq təhsil almasından gedir”.

Etibar Əliyev
Etibar Əliyev

Etibar Əliyev düşünür ki, Azərbaycan tezliklə 12 illik təhsilə keçməlidir, ancaq bu haqda hələ heç nə danışılmır:

“Milli Məclisin payız sessiyasında “Orta təhsil haqqında” qanunun qəbul olunması gözlənilir. Deməli, Gürcüstandan gələn reaksiya dərsliklərdə özünü birbaşa göstərirsə, həm də təmayülləşmə, 18 yaşından ordu sıralarına cəlb olunması məsələsində dəyişikliklər olacaq. Gürcüstan ombudsmanı hesab edir ki, təhsil proqramları eyniləşməlidir, yeganə çıxış yolu 12 illik orta təhsil sisteminə keçiddir”.

Ana səhifəXəbərlərGürcüstan Ombudsmanı: Azərbaycanın göndərdiyi dərsliklər məktəblərdə təhsil prosesinə mənfi təsir göstərir