“Keçmişi, bu günü və gələcəyi analiz edək”
Katolikos – Bütün Gürcüstanın patriarxı II İliya iyunun 18-də gürcü xalqını ölkədə konstitusiyalı monarxiya qurmağa çağırıb.
Interfax.ru yazır ki, o, ölkə vətəndaşlarını cəmiyyətə sakitlik gətirəcək konstitusiyalı monarxiya haqda düşünməyin vaxtının çatdığına səsləyib.
“Gürcüstan qədim dövlət və mədəniyyətə malikdir. Bəlkə keçmişdə kim olmağımız, bugün və sabah kim olacağımız barədə düşünmək lazımdır. Bəlkə Gürcüstanın qədim monarxiya olması barədə fikirləşək!?”.
O, keçmişdə Gürcüstanı çarın idarə etdiyini xatırladıb:
“Bugün dünyanın bir hissəsində çar monarx adlanır. O, hakimlik edir, idarə etmir. Bu, sakitlik gətirən konstitusiyalı monarxiyadır”.
Patriarx həm də əlavə edib ki, onun dedikləri bugün və sabah gerçəkləşməyəcək:
“Amma biz keçmişi, bu günü və gələcəyi analiz edək”.