Günlük statistika: 167 nəfər virusa yoluxub, 3 nəfər ölüb

148 nəfər sağalaraq evə gedib

Source: Архив

Sentyabrın 3-də Azərbaycanda koronavirus infeksiyasına daha 167 yoluxma faktı qeydə alınıb, 3 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, 148 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək ölkədə 36 min 899 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 34 min 264 nəfər müalicə olunaraq sağalıb, 541 nəfər vəfat edib. Aktiv xəstə sayı 2094 nəfərdir.

Ötən müddət ərzində 942 min 265 test aparılıb. “Bugünkü test sayı isə 6869-dur”, – məlumatda bildirilir.

Ana səhifəSosialGünlük statistika: 167 nəfər virusa yoluxub, 3 nəfər ölüb