”Günəşli”də həlak olan neftçilər anıldı

İctimai fəallar, şəhər sakinləri dəniz kənarına gül düzüblər

Source:

İctimai fəallar, şəhər sakinləri dəniz kənarına gül düzüblər

Yanvarın 13-də “Nida” Vətəndaş Hərəkatının təşəbbüsü ilə dənizkənarı Milli Parkda “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində həlak olan və itkin düşənlərin xatirəsi anılıb.

Neftçilərin 40 mərasimi ilə bağlı keçirilən aksiyaya ictimai fəallar, şəhər sakinləri qatılıb. Onlar dənizin sahilinə qərənfillər düzüblər.

Aksiyada deputat Aydın Mirzəzadə də iştirak edib.

4 dekabr 2015-ci ildə “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yanğın baş verib. Hadisə nəticəsində 33 nəfər xilas edilib. 11 neftçinin cəsədi ailəsinə təhvil verilib, 22 nəfərin axtarışı davam etdirilir.

Ana səhifəXəbərlər”Günəşli”də həlak olan neftçilər anıldı