Günel Mövluda Naxçıvanlı cavabı

Bu siyasəti alqışlamaq daha məqsədəuyğun olardı…

Source:

Sizin üçün ermənilər bu qədər əzizdir? Bu dövlət 20 faizdən artıq torpaqlarının işğal atında olmasını hər zaman beynəlxalq arenada bildirib və bildirməkdə də davam edir. Bu dövlət 1 milyondan artıq qaçqınının da olduğunu yaxşı anlayır. Düşünürük ki, heç bir ölkə bu vəziyyətdə yaşamaq istəməz. Ən azından inkişaf etməyi qarşısına məqsəd qoyan, bunun üçün çabalayan və müasir dövrdə dünyanın lider ölkələri arasında özünə yer tutmağı bacaran bir məmləkət bunu heç istəməz. Məqsəd irəli addımlamaq, gənc bir dövləti dünya arenasında tanıtmaq xarakteri daşıyırsa, bu siyasəti alqışlamaq daha məqsədəuyğun olardı. Nəinki, azərbaycanlılarla erməniləri bir-birinə bənzətmək.

Son zamanlar ölkə mətbuatında Naxçıvan adının hallandığı yalan məlumatlar, düzgün olmayan və ya dəqiqləşdirilməmiş informasiyalar öz əksini tapmaqdadır. Azərbaycanda söz azadlığının olduğu aşkar məlumdur, istənilən mətbu orqan azad şəkildə fəaliyyət göstərir və verdiyi informasiya ilə ictimaiyyəti məlumatlandırmağa çalışır. Lakin ortaya bəzən elə nüanslar çıxır ki, onun qarşısında susmaq, ona cavab verməmək mümkün olmur. Portalların birində “Erməni xalqına müraciət” adlı məqalə dərc olunub və bu qeyri-etik köşə yazısında ermənilər azərbaycanlılardan üstün tutulub, bir-birinə oxşadılıb, hətta torpaq uğrunda şəhid olanlar belə müzakirə obyektinə çevrilib. Məqalədə ən çox diqqəti cəlb edən nüas isə Azərbaycan xalqının Naxçıvan və İrəvan Azərbaycanlılarından ibarət insanlar tərəfindən idarə olduğu, ölkədə klan hakimiyyətinin hökm sürməsi ilə bağlı məlumatdır. Sözün azad formada işlədilməsini hər zaman bildiyinə görə azad şəkildə yazan, cəmiyyətə özünü ziyalı, bu xalqı düşünən biri kimi aşılamağa çalışan və düşündüyü halda başqa ölkədə yaşayıb burda məskunlaşanları özünə bənzədən yazı müəllifinin həyat tərzi çoxların aşkardır. Jurnalistin qərəzsiz, obyektiv, düzgün olmağa məhkumluğunu müəllif bəlkə çoxlarından yaxşı anlayır, lakin anladığı halda belə özünü digərlərindən bilikli göstərməyə çalışır, ziyalıları, qələm adamlarını yerlibazlıq etməkdə təqsirli hesab edir.

Deyilən bu fikirlərə hörmətlə yanaşır, sözün azad olduğu bir ölkədə “onun” qələmə aldığı yazını təhlil etməyi yox, bir-iki kəlimə ilə cavab verməyi daha üstün tutardıq. Naxçıvan hər zaman yetişdirdiyi ziyalılarla öyünməyi özünə ar bilməyib və bundan sonra da bilmək fikrində deyil. Çünki bu torpaqda doğulanlar, böyüyüb boya-başa çatanlar yalnız Azərbaycanın inkişafı üçün çalışır. Heç bir naxçıvanlı ziyalı, qələm adamı başqa ölkədə oturub sizin kimi yalan, şər yaxmaqla məşğul deyil. Azərbaycanda region söhbəti edən, hər vəclədə bunu şişirdənlər bu ölkənin gələcəyini istəməyənlərdir ki, bu da yalnız sizin kimi düşüncədə onlarların və ya sizin kimi həyat tərzi sürənlərin fikridir. Ən azından ölkənin inkişafı üçün çalışan bir region haqda fikir bildirməmişdən öncə, bu regionu görməyən biri üçün danışmaq, fikir bildirmək ardır, azərbaycanlıya yaraşmayan bir xüsusiyyətdir. Hərçənd bizlər sizin azərbaycanlı olduğunuza şübhə ilə yanaşırıq və bu fikirdə olanları azərbaycanlı kimi də qəbul etmək niyyətində deyilik. Çünki Azərbaycanı regionlarla bölmək bu ölkənin gələcəyinə istəməyənlərin düşüncəsidir. Bu gün bir məmurun naxçıvanlı olduğunu nəzərə alıb onları klan adlandıranlar, sabah bu torpaqda yaşayan talış, avar, ləzgi məmurunu separatçılıqda günahlandıracaq, ölkədə millət müzakirəsini ortalığa atacaq. Bizlər üçün hər hansı məmurun talış, ləzgi, avar, naxçıvanlı, cəbrayıllı və ya bakılı olmasının heç bir önəmi yoxdur, sadəcə hər bir vətəndaşın, fərdin Azərbaycanı düşünməsi vacibdir. Sizdən fərqli olaraq…

Ana səhifəMənim FikrimcəGünel Mövluda Naxçıvanlı cavabı