Günel Həsənlinin vəsatəti qismən təmin olunub

Məhkəmə ekspertiza keçirilməsini qərara alsa da, ekspertizanın formatını dəqiqləşdirməyib

Source:


Məhkəmə ekspertiza keçirilməsini qərara alsa da, ekspertizanın formatını dəqiqləşdirməyib

Sentyabrın 298-də Apellyasiya Məhkəməsi (BAM) Əflatun Qasımovun sədrliyi ilə Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) rəhbəri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şikayətinə baxılmasını davam etdirib.

Şikayət birinci instansiya məhkəməsinin qərarından verilib. Xatırladaq ki, fevralın 22-də Yasamal rayon məhkəməsi Güneli 2014-cü ilin sentyabrında 87 yaşlı Adilə Səlimovanı maşınla vurmaqda təqsirli bilib və onu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, bir il yarım müddətinə azadlıqdan məhrum edib.

Apreldə Bakı Apellyasiya Məhkəməsi şikayətə istintaqla baxmaqdan imtina edib. Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verib, bu şikayət də təmin edilməyib.

Sentyabrın 11-də Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə mahiyyəti üzrə baxmağa başlayıb.

Bu gün məhkəmə müdafiə tərəfin təkrar məhkəmə-tibbi ekspertizanın keçirilməsi və geniş tərkibdə mütəxəssislərin iştirakı ilə zərərçəkmişin müayinə edilməsi haqqında vəsatətinə baxıb. Məhkəmə vəsatəti qismən təmin edib və ekspertiza keçirilməsini qərara alıb, lakin ekspertizanın formatını dəqiqləşdirməyib.

Bununla əlaqədar olaraq məhkəmə təhqiqatı qeyri-müəyyən müddətə təxirə salınıb.


Turan İA

Ana səhifəXəbərlərGünel Həsənlinin vəsatəti qismən təmin olunub