”Gün ərzində İmişlidə yeni təkanların olması gözlənilir”

“Bu gün İmişlidə ard-arda iki zəlzələ qeydə alınıb”.

Foto: arxiv
Qurban Yetirmişli, foto: Report
Qurban Yetirmişli, foto: Report

“Bu gün İmişlidə ard-arda iki zəlzələ qeydə alınıb”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O qeyd edib ki, birinci baş verən zəlzələnin maqnitudası 5.6, dərinliyi 28 km, ikinci zəlzələnin maqnitudası 3.9, dərinliyi 22 km olub: “Zəlzələlərdən sonra 3 hiss olunmayan təkan olub və gün ərzində yenidən aftoşokların olması gözlənilir”.

Baş direktor qeyd edib ki, güclü dağıntının olması gözlənilmir: “Köhnə binlarda çatların əmələ gəlməsi ehtimalı var. Zəlzələnin dərinlikdə olması ciddi dağıntıların qarşısını alıb. Əgər dayazda, məsələn 6-7 km dərinlikdə olsaydı, onda çoxlu dağıntılar əmələ gələcəkdi. Bu halda zəlzələ ətraf ərazilərdə 7 bala yaxın hiss oluna bilərdi”.

Ana səhifəXəbərlər”Gün ərzində İmişlidə yeni təkanların olması gözlənilir”