Bu gün Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər məhkəməsində keçən prosesdə Gülər Əhmədova son sözlə çıxış edib. O iki saata yaxın çıxış edib. Özünün təqsirkar bilmədiyini, şərələndiyini, istintaqın gedişindən narazılığını dilə gətirib
Meydan TV-nin müxbirinin verdiyi məlumata görə hakim ona 3 il həbs verib. O həbsini ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.
Qeyd edək ki, Milli Məclisin sabiq deputatı Gülər Əhmədova bu il fevralın 13-də da həbs olunub. Baş Prokurorluğun məlumatına görə, istintaqla müəyyən edilib ki, o, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevi deputat seçilməsinə köməklik etmək barəsində “yalan” vədlərlə aldadaraq 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə dələduzluq edib.
Sabiq millət vəkili Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə ittiham olunurdu.