Gülər Əhmədova Almaniyaya gedib

Sabiq deputat müalicəsi üçün 3 ay müddətinə ölkədən çıxış izni alıb

Source:

Sabiq deputat müalicəsi üçün 3 ay müddətinə ölkədən çıxış izni alıb

Sabiq deputat Gülər Əhmədova Almaniyaya gedib. “Modern.az”ın məlumatına görə, G.Əhmədova müalicə olunmaq üçün hazırda Berlin şəhərindədir.

Keçmiş deputat bir müddət öncə məhkəmədəki çıxışı zamanı bir neçə xəstəlikdən əziyyət çəkdiyini, talassemiya daşıyıcısı olduğunu söyləmişdi. O, məhkəmədən xaricdə əməliyyat olunmaq üçün ölkədən çıxışına icazə verilməsini istəmiş və buna qismən nail olmuşdu.

G.Əhmədova məhkəmədə onu da bildirmişdi ki, 2001-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkir, 24 yaşında kliniki ölüm keçirib, 2001-ci ildə Moskvada Onkologiya Mərkəzində əməliyyat olunub, ardınca Türkiyədə şüa terapiyası alıb.

İyulun 12-də Bakı Apellyasiya Məhkəməsində eks-deputat Gülər Əhmədovanın Azərbaycandan kənara çıxmasına qoyulmuş qadağanın götürülməsi barədə vəsatətə baxılıb və ona üç ay müddətinə Azərbaycan  hüdudlarından kənara çıxmasına icazə verilib.

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı deputat mandatı sövdələşməsini əks etdirən videolardan sonra G.Əhmədova parlamentdəki yerindən imtina edib.

Keçmiş deputat Cinayət Məcəlləsinin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.

Ana səhifəXəbərlərGülər Əhmədova Almaniyaya gedib