Gözəl Bayramlıya 3 il həbs cəzası verildi (Yenilənir)

AXCP sədrinin müavininə hökm oxunacağı gözlənilir

Source:
Gözəl Bayramlı
Gözəl Bayramlı
Gözəl Bayramlı
Gözəl Bayramlı


Gözəl Bayramlı məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum olunub


***

Yanvarın 23-də dövlət ittihamçısı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının 4 il azadlıqdan məhrum edilməsini istəyib.

Qazax Rayon Məhkəməsində G.Bayramlıya qarşı açılan cinayət işi üzrə məhkəmə iclası davam edir. Dövlət ittihamçısının çıxışından sonra fasilə elan edilib.

Saat 17:30-da hökm oxunacağı gözlənilir.

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Gözəl Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

G. Bayramlı ittihamları qəbul etmir və saxta adlandırır. O, məhkəmədə ifadə verərkən deyib ki, pul çantasına sərhəd-keçid məntəqəsində atılıb və şərlənib. AXCP sədrinin müavini həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

Ana səhifəXəbərlərGözəl Bayramlıya 3 il həbs cəzası verildi (Yenilənir)