”Hadisə ilə bağlı 2 Azərbaycan vətəndaşı saxlanıb”
Biləsuvar Gömrük İdarəsi İrandan Azərbaycana gətirilən narkotik vasitəni müsadirə edib.
Dövlət Gömrük Komitəsinin aprelin 27-sində yaydığı məlumatda belə deyilir. Narkotik vasitənin 18 kq-dan çox olduğu bildirilir.
“Bu haqda idarəyə məlumat daxil olub. Narkotik vasitənin ələ keçirilməsi məqsədilə əməliyyat aparılıb”, – deyə məlumatda qeyd edilir.
Hadisə ilə bağlı 2 Azərbaycan vətəndaşı saxlanıb.