Gömrükdə 10-15 min manat rüşvət istənilir

“Deyirlər ki, Azərbaycanda laminat istehsal edən zavod var, ona görə buraxılmır”.

Source:



“Deyirlər ki, Azərbaycanda laminat istehsal edən zavod var, ona görə buraxılmır”.

“Aztexnika MMC”-nin təsisçisi Vüsal Hacıyevin Türkiyədən gətirdiyi 1 TIR laminat 8 gündür Tovuz Gömrük məntəqəsində saxlanılıb. Sahibkar Meydan TV-yə bildirib ki, malları Sınıq körpüdə heç bir əsas göstərilmədən buraxılmır. O, malların sənədlərinin qaydasında olduğunu və Türkiyə sərhəddindən heç bir problem olmadan keçdiyini  deyir.” Tovuz Gömrük İdarəsindən deyirlər ki, “gərək mənə yuxarıdan desinlər yoxsa mən belə buraxa bilmərəm”. İkinci dəfədir mal gətirirəm. Birinci dəfə də problem yaratmışdılar. Dedilər ki, birinci dəfədir gətirmisən, daha gətirmə. Bu dəfə buraxırıq, gələn dəfə buraxmayacağıq. Deyirlər ki, Azərbaycanda laminat istehsal edən zavod var, ona görə buraxılmır. Zavodun rəhbəri Əbülfəz Məlikov olmalıdır. Amma elə bir qanun yoxdur ki, içəridə istehsal varsa, xaricdən mal gətirilməməlidir”-Vüsal Hacıyev deyib.

Sahibkar gömrükdə yaranan problemlə bağlı Dövlət Gömrük Komitəsinin qaynar xəttinə (192), Komitənin rəisi Aydın Əliyevə, Prezident Administrasiyasına müraicət edib. O, heç bir müraciətinə cavab almayıb. “Başqa insnalar bu Azərbaycana laminat gətirirlər. Onlar rüsumdan əlavə pul verib malı keçirirlər. Gətirənlərin sayı çoxdur. Sahibkarlar mənə deyiblər ki, malın hər kvadrat metrinə 5  manat verirlər. Əvvəl 3 manat idi, indi qaldırıblar. Mənim də pulum yoxdur. O hesabla 10-15 min manat rüşvət verməliyəm. Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də zəng eləmişəm, cavab gözləyirəm”.

Vüsal Hacıyevin yük maşını gömrükdə saxlanıldığına görə hər gün ondan  150 manat yer pulu alınır.

Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin baş inspektoru Oqtay Məmmədov Meydan TV-yə bildirib ki, Vüsal Hacıyevi qəbul edib şikayətini qeyd ediblər. Məsələ ilə bağlı hələ araşdırma aparılmayıb. Bir ay ərzində sahibkara cavab veriləcək. Komitənin nümayəndəsi deyib ki, sahibkara daha tez cavab verə bilməzlər, çünki növbədə çox şikayətçi var.

Məsələyə yenidən qayıdacağıq.

Ana səhifəXəbərlərGömrükdə 10-15 min manat rüşvət istənilir